Bakı. Trend:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinəaid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.
Trend xəbərverir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrəmüsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkarkompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibəproqramına uyğun olaraq müvafiq komissiya tərəfindənyoxlanılacaq.