EN

“Sabah” – “Levski” oyunu üçün satılan bilet sayı açıqlandı

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah” – “Levski” (Bolqarıstan) matçı üçün satılan biletlərin sayı müəyyənləşib. Bu barədə “Football-plus.az”a Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Klub rəsmsinin sözlərinə görə, bu gün günorta saatlarına qədər 6000 bilet satılıb. Qarşıdakı saatlarda bu sayın daha da artacağı gözlənilir.

Xatırladaq ki, matçın keçiriləcəyi “Bank Respublika Arena” 8700 tamaşaçı tutumuna malikdi. Onu da bildirək ki, tribunalarda 300 “Levski” azarkeşi olacaq.

KƏNAN BAHADIR

1Sources