EN

“Beşiktaş” gənc futbolçusunu icarəyə verdi

“Beşiktaş” gənc futbolçusu Fahri Ayı icarəyə göndərib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə İstanbul klubunun mətbuat xidməti açıqlama yayıb. 20 yaşlı yarımmüdafiəçi 2025/2026 mövsümünü 1-ci liqa təmsilçisi “İstanbulspor”un heyətində keçirəcək.

Fahri Ay “Beşiktaş” futbol akademiyasının yetirməsidir. Gənc oyunçu ötən ilin yayından etibarən əsas komandada çıxış edir və artıq bir neçə rəsmi matçda forma geyinib.

Onun “İstanbulspor”da daha çox oyun təcrübəsi qazanması və inkişafını davam etdirməsi gözlənilir.

Chosen
6
idmanxeber.az

1Sources