ABŞ Dövlət Departamenti Braziliya hökumətinin bəzi rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq edib.
Gundem.az Sfera.az-a istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio yazılı açıqlamasında Braziliya Səhiyyə Nazirliyi katibi Mozart Hulio Tabosa Sales və sabiq hökumət rəsmisi Alberto Kleimanın vizalarının ləğv edildiyini bildirib.
Braziliya Səhiyyə naziri Aleksandre Padilya qərara reaksiya verərək ABŞ-nin təzyiqlərinə boyun əyməyəcəklərini vurğulayıb. O, ölkənin suverenliyinin və səhiyyə sisteminin danışıqlar mövzusu olmayacağını qeyd edib.
ABŞ Dövlət Departamenti eyni gün Afrika ölkələri, Kuba və Qrenada hökumət rəsmilərinə də viza məhdudiyyəti tətbiq olunduğunu açıqlayıb.