EN

Fərid Qayıbov: Eldar Qasımov və Nigar Camalla qonşuyuq

BAKI. 14 avqust. TELEQRAF

Gənclər və idman naziri Fərid Qayıbov bəyəndiyi müğənnilərin adlarını açıqlayıb.

Teleqraf-ın məlumatına görə, nazir ASAN TV-yə müsahibəsində ailəliklə yerli və xarici musiqilərə qulaq asdıqlarını bildirib.

O qeyd edib ki, evində Aygün Kazımova çox populyardır: "Yaxşı mahnıları var, neçə ildir estradadadır".

Faiq Ağayevlə feysbukda dostluq etdiyini deyən nazir Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalla qonşu olduğunu diqqətə çatdırıb.

F.Qayıbov nazirliyin tədbirlərində "Mardan" qrupunun fəal iştirak etdiyini də söyləyib: "Düşünürəm ki, gənc və istedadlı kollektiv, populyar qrupdur. Onların musiqilərinə də qulaq asırıq".

Nazir Azərbaycanda bu sahənin də inkişaf etdiyini vurğulayıb: "Digər müğənnilərimiz də çoxdur. Azərbaycanda bu sahə də inkişaf edir. Gənclik illərimizin mahnılarını bəzən uşaqlara da göstərirəm. Onların da xoşuna gəlir".

Chosen
4
teleqraf.com

1Sources