Bakı. Trend:
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan vəRespublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə vəanası bu gün evə buraxılıb.
Trendxəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, hazırda hər ikisinin vəziyyəti qənaətbəxşqiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır vəsağlamdır.
Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın davəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyəlazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlarverilib.
Xatırladaq ki, 08.08.2025-ci il tarixində saat 07:40 radələrindəBakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbiləRespublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciətqeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən ana və körpəsinə ilkintibbi yardım göstərildikdən sonra ixtisaslı yardım göstərilməsiüçün Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.