EN

Həyat yoldaşı üçün həbsxanaya narkotik keçirmək istəyən şəxsin qarşısı alınıb

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
33
apa.az

10Sources