Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasında dördüncü hakim kimi fəaliyyət göstərib.
Apasport.az xəbər verir ki, oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edib.
İtaliyanın Udine şəhərində yerləşən “Friuli” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan PSJ Superkubokun sahibi olub. Elçin Məsiyev bu təyinatla UEFA Superkuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi futbol tariximizə düşüb.
Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.
UEFA Superkuboku: PSJ növbəti titulunu qazandı - YENİLƏNİB
Konfrans Liqası: “Başakşəhər” pley-offa vəsiqə qazanıb - YENİLƏNİB
Çarles Boli: “Birinci oyunu unutmuşuq”
Elmar Baxşıyev: “Sabah buna cəhd edəcəyik”
“Levski”nin futbolçusu: “Bakıda da qələbə bizim olacaq”