“Sumqayıt” klubu yeni futbolçu transferi reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, "kimyaçılar" fransalı müdafiəçi İmani Barker ilə 4 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı oyunçu mövsümün sonuna qədər “Karvan-Yevlax” klubuna icarəyə göndərilib.
Qeyd edək ki, "Sumqayıt" daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resendeni transfer edib.