EN

Guardian: Trampın Putini razı salması çətin olacaq, Rusiya ordusu front xəttini yarıb...

Donbasdakı irəliləyiş Alyaskadakı görüşdən bir neçə gün əvvəl Ukrayna üçün ciddi problem yaradır...

Poliqon xəbər verir ki, The Guardian qəzetinə görə, ABŞ Prezidenti Donald Tramp üçün Rusiya Prezidenti Vladimir Putini Ukrayna mövqeyini dəyişməyə razı salmaq olduqca çətin olacaq, çünki Rusiya Silahlı Qüvvələri Donbasda front xəttini keçərək irəliləyir.

Qəzet yazır ki, Dobropolyedəki müdafiə xətinin keçilməsi Ukrayna üçün “çox vaxtında olmamış” bir hadisədir, çünki bu, Tramp və Putinin Alyaskadakı görüşündən bir neçə gün əvvəl baş verir.

“əgər Rusiya lideri görsə ki, Ukrayna rus ordusunun irəliləyişini dayandıra bilmir, Tramp üçün Putini mövqeyini dəyişməyə razı salmaq çətin olacaq. Putin artıq hesab edir ki, Rusiya tədricən Ukraynada müharibəni qazanır”, deyə məqlədə vurğulanır.

Xatırladaq ki, 12 avqust tarixində Rusiya qoşunlarının Donetskdə Konstantinovka ilə Dobropolyeyi birləşdirən Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttini yararaq düşmənin döyüş sıralarına 10 km-dən çox daxil olub. Dünən Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bu hücum Putinin blefindən başqa bir şey deyil. Zelenski cəbhə xəttini yaran rus əsgərlərinin bəzilərinin məhv edildiyini, bəzilərinin isə əsir götürüldüyünü bildirib.

Poliqon.info

Chosen
96
36
poliqon.info

10Sources