EN

Tramp-Putin görüşü: Alyaskada nələr olacaq?

Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində danışıqlar zamanı münasibətlərin normallaşdırılması və Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edə bilərlər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Economist” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukraynadakı münaqişənin həllinin görüşün əsas mövzusu olmasına baxmayaraq, Amerika və Rusiya liderləri iki ölkə arasında diplomatik və işgüzar əlaqələrə, Arktikada, o cümlədən enerji sektorunda əməkdaşlığa da diqqət yetirə bilərlər.

Məlumat üçün bildirək ki, Putin və Tramp avqustun 15-də Ankoricdə görüş keçirəcək.

Bu, Putinin Cenevrədə o vaxtkı Vaşinqton administrasiyasının rəhbəri Co Baydenlə görüşdüyü 2021-ci ilin iyunundan bəri iki dövlət başçıları arasında ilk təkbətək danışıqlar olacaq.

Chosen
72
50
cebheinfo.az

10Sources