Türkiyə Süper Liqasında yeni mövsümün başlaması ilə klublar heyətlərini gücləndirməkdə davam edir. Vətəninfo.az xəbər verir ki, Galatasaray, Fenerbahçe, Beşiktaş və Trabzonspor ulduz transferləri üçün danışıqlarını davam etdirir.
Fənərbaxça Kerem Aktürkoğlu transferində Portuqaliyanın Benfica klubu ilə razılığa yaxındır. Məşhur transfer mütəxəssisi Fabrizio Romano-nun məlumatına görə, Kerem Aktürkoğlu önümüzdəki 12-24 saat ərzində Fənərbaxçaya transfer olunacaq.