EN

Ermənistanda yeni Konstitusiyanın MƏTNİ HAZIRLANIR

Ermənistanın yeni Konstitusiya mətninin hazırlanması üçün yaradılmış xüsusi şura yaxın vaxtlarda fəal işə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Qraparak” qəzeti Nikol Paşinyanın ətrafındakı mənbələrə istinadən yazıb.

Məlumata görə, şura qısa müddət ərzində intensiv iclaslar keçirərək yeni Konstitusiyanın mətnini yazmaq üzərində işləyəcək.

Qəzet qeyd edir ki, dəyişikliklər layihəsi erməni cəmiyyətinin mövcud tələbinə cavab olaraq təqdim ediləcək.

Bu prosesin siyasi və hüquqi baxımdan mühüm mərhələ olduğu vurğulanır, çünki yeni Konstitusiya ölkənin gələcək idarəetmə modelinə və hakimiyyətin quruluşuna birbaşa təsir göstərəcək.

Bizim.Media

Chosen
36
bizim.media

1Sources