ABŞ Maliyyə Nazirliyi ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçiriləcək görüşdə iştirak edəcək Rusiya rəsmilərinə müvəqqəti viza verib.
Herbiand.az xəbər verir ki, CNN-in məlumatına görə, qərar avqustun 20-dək qüvvədədir. Xəzinədarlıq Departamentinin nümayəndəsi CNN-ə bildirib ki, sammit üçün Alyaskaya gedən rusların əksəriyyəti artıq ABŞ-a giriş icazəsi alıb.
Putin və Tramp arasında görüş avqustun 15-də Alyaskanın Ankoric şəhərində baş tutacaq.