EN

Ödəniş sektoru şirkətləri kapital tələbini pozurlar - MƏRKƏZİ BANK GÖSTƏRİŞLƏR VERDİ

Mərkəzi Bank "Guavapay" MMC-yə, "CİBPay" MMC-yə və "Baku Pay" MMC-yə icrası məcburi olan göstərişin verilməsi barədə məlumatlar yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Guavapay” MMC-yə icrası məcburi olan göstəriş verilib.

Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "CİBPay" MMC-yə icrası məcburi olan göstəriş verilib.

Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verilib.

Qeyd edək ki,  avqustun əvvəlində Mərkəzi Bank "Tiko Azərbaycan" MMC-yə və "Greentek Group" MMC-yə icrası məcburi olan göstərişin verilməsi barədə məlumatlar yayıb. 

İyul ayında isə “Mpay” QSC-yə və “PulPal” MMC-yə təshih tədbirləri tətbiq edilib, “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə və “Greentek Group” MMC-yə icrası məcburi göstəriş verilib. 

GuavapayCİBPay Baku Pay
Chosen
51
19
marja.az

10Sources