EN

MAQATE: Zaporijya AES-də tüstü müşahidə olunub

MAQATE: Zaporijya AES-də tüstü müşahidə olunub

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) dünən Zaporijya Atom Elektrik Stansiyasının soyutma qüllələrinin yaxınlığında yanğın baş verdiyi barədə xəbərlərdən sonra əməkdaşların tüstü müşahidə etdiyini, lakin aparılan yoxlamada yalnız bir neçə ağacın yandığının müəyyən edildiyini və hadisənin nüvə təhlükəsizliyinə təsir etmədiyini açıqlayıb.

MAQATE-nin rəsmi internet saytında yayımlanan açıqlamada Zaporijya AES-dəki mövcud vəziyyət barədə məlumat verilib.

Bildirilib ki, 12 avqustda stansiyanın soyutma qüllələrinin yaxınlığında yanğın baş verdiyi barədə xəbərdarlıqdan sonra MAQATE əməkdaşları ərazidə tüstü müşahidə ediblər.

Aparılan yoxlama zamanı hadisənin stansiyanın nüvə təhlükəsizliyinə təsir etmədiyi, hər hansı insan tələfatının baş vermədiyi və radiasiya səviyyəsində artım qeydə alınmadığı müəyyənləşdirilib.

Dünən aparılan araşdırmada soyutma qüllələrinin yaxınlığında yanmış ağaclara rast gəlinib. Açıqlamada “MAQATE komandası nüvə təhlükəsizliyi və mühafizəsinin izlənməsi çərçivəsində stansiyadakı hadisəni araşdırmağa davam edir. Zaporijya AES-dəki MAQATE komandası hər gün hərbi fəaliyyətlərin səsini eşidir” deyilib.

Chosen
1
afn.az

1Sources