EN

Yeni insan növü kəşf olunub

Ajans.az Arizona Dövlət Universitetinin rəhbərlik etdiyi Ledi-Geru Tədqiqat Layihəsinin nəticələrinə istincadən xəbər verir ki,tapılan fosillərin məşhur “Lucy” növü (Australopithecus afarensis) ilə eyni olmadığını təsdiqləyir. Bu isə o deməkdir ki, Lucy-dən sonra yaşamış, hələ də elmi cəhətdən tam təsvir edilməmiş ikinci bir Australopithecus növü mövcud olub. Layihənin rəhbərlərindən Kaye Reed qeyd edib: “Təkamül sadəcə düz bir xətt üzrə inkişaf etmir, o, kol ağacına bənzəyir — bəzi budaqlar yox olur, bəziləri isə davam edir.” Qazıntılar zamanı tapılan 13 diş nümunəsi həm Homo cinsinə, həm də yeni Australopithecus növünə aid edilib. Nevada Universitetindən Brayan Villmoare bildirib: “Bu yaşa aid Homo dişləri nəsil ağacımızın qədimliyini təsdiqləyir. Biz onların çənə quruluşunu bilirik, lakin digər fosillər tapmaq Australopithecus və Homo arasındakı fərqləri daha dəqiq anlamaq üçün vacibdir.” Alimlər yalnız dişlər əsasında növün qəti şəkildə müəyyən edilməsinin mümkün olmadığını, daha çox fosil nümunəsinə ehtiyac olduğunu vurğulayırlar. Qalıqların yaşı isə vulkanik kül və lil təbəqələri vasitəsilə dəqiqliklə müəyyən edilib. Mütəxəssislər qeyd edirlər ki, bu kəşf insan təkamülü barədə yayılmış “meymun → neandertal → müasir insan” kimi sadəlövh sxemi təkzib edir. Əslində, insanın təkamülü mürəkkəb, çoxbucaqlı bir prosesdir — müxtəlif növlər uzun müddət yanaşı mövcud olub, bəziləri yoxa çıxıb, digərləri isə inkişafını davam etdirib.

 

Chosen
10
Ajans.az

1Sources