EN

Vilayəti Ermənistan rəsmisinə Qarabağda vurulan İran təyyarəsini xatırlatdı

İranın öz təhlükəsizliyinə qarşı heç bir addıma dözməyəcək.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəinin baş müşaviri Əli Əkbər Vilayəti bildirib.

O, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşdə TRIPP layihəsi ilə bağlı rəsmi Tehranın mövqeyini çatdırıb: pizza

"İslam Respublikası həmişə qonşuları arasında davamlı sülh və əmin-amanlıq əldə etməyə çalışıb və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına hər bir ölkədən daha çox önəm verir.

İran Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün addımlar atan ilk ölkə olub və mən bu, Xarici İşlər Nazirliyinə rəhbərlik etdiyim müddətdə bu yöndə səylər göstərmişəm”.

İran liderinin müşaviri qeyd edib: "Biz hətta bu yolda qurbanlar vermişik, o cümlədən Qarabağ müharibəsi zamanı təyyarələrinin raketlə vurulması nəticəsində bir sıra iranlı diplomatların ailələri şəhid olub. Bu hadisə İslam Respublikasının sülhün bərqərar olması istiqamətində qərarlı olduğunu göstərir".

Vilayəti vurğulayıb: “Regionun taleyini müstəsna olaraq region ölkələri həll etməlidir”.

Baş müşavirin xatırlatdığı hadisəyə dair qeyd edək ki, 1990-cı illərin ortalarında Moskvadan Tehrana uçan "S-130" hərbi yük təyyarəsi Qarabağda raketlə vurulub. Ermənistan rəsmən separatçıların bu hərəkətini etiraf edib.   


Telegram kanalımız
Chosen
6
yenisabah.az

1Sources