EN

Normadan artıq istilər Avropada insanları öldürür

Reyting.az saytına istinadən ain.az xəbər verir.

İqlim dəyişikliyindən əziyyət çəkən Avropanın bəzi bölgələrində bu yay həddindən artıq istilər qeydə alınır. Reyting.az-ın məlumatına görə, Fransa, Xorvatiya, İtaliya və İspaniyanın cənub-qərbində normadan artıq istilər insanlara və ətraf mühitə problemlər yaradır. Avropada meşə yanğınları nəticəsində dəyən zərərin 87 faizi ötdüyü bildirilir. Həddindən artıq istilər daha böyük və daha güclü meşə yanğınlarına səbəb olur.Bazar ertəsi Fransanın cənub-qərbindəki meteoroloji stansiyaların 40 faizi 40 dərəcə Selsidən (104 dərəcə Fahrenheit) yuxarı temperatur qeydə alıb. Havanın temperaturu mövsümi normadan 12 dərəcə yüksəkdir. Fransada 1947-ci ildən bəri yaşanan 51 istilik dalğasının yarısından çoxu son 15 ildə baş verib. Xorvatiyada teperatur Şibenik 39,5 dərəcə Selsi ilə rekord həddə çatıb, Balkanlarda isə meşə yanğınları qeydə alınıb. Macarıstanda da rekord istilər qeydə alınır. Skandinaviyanın şimalında isə 30 dərəcədən yuxarı temperatur müşahidə edilib. Şokedici rəqəmlər Şimali Avropada da özünü göstərib.İtaliyanın 27 böyük şəhərindən 16-da qırmızı isti xəbərdarlığı elan edilib, İspaniyada həyəcan təbili çalınıb, bir uşaq istidən ölüb. Avropada hər il yüksək temperatur minlərlə insanın ölümünə səbəb olur. Tədqiqatçıların hesablamalarına görə, Avropada təhlükəli temperaturlar əsrin sonuna qədər hər il əlavə olaraq 8-80 min insanın ölümü ilə nəticələnir.V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
27
reyting.az

10Sources