Bakı, 14 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 12 tüfəng və 281 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.