EN

Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs tutulub

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 33 yaşlı Vüsal Yusifov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya  bildirilib ki, ondan 10 kiloqramdan artıq marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Yusifov barəsində həbs qətimkan tədbiri seçilib.

Chosen
124
39
operativmedia.az

10Sources