BAKI, 14 avqust. TELEQRAF
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 33 yaşlı Vüsal Yusifov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional Teleqraf-a qrupundan bildirilib ki, ondan 10 kiloqramdan artıq marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Yusifov barəsində həbs qətimkan tədbiri seçilib.