2023-cü ildə Qarabağ paleolitinin nadir və möhtəşəm arxeoloji abidələri sayılan Azıx və Tağlar mağaralarında institut tərəfindən elmi tədqiqat işləri yenidən bərpa olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Məlumatda deyilir ki, hazırda Azıx mağarasında Azərbaycan-Danimarka-Almaniya, Tağlar mağarasında isə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyaları fəaliyyət göstərir.
"Avqust ayının ikinci yarısından etibarən hər iki mağarada çöl tədqiqat işlərinə start veriləcək. Qeyd olunur ki, bu məqsədlə bütün beynəlxalq elmi heyət artıq Azərbaycana gəlib", - açıqlamada qeyd olunub.
İnstitutdan bildirilib ki, 1960-cı illərdə azərbaycanlı alim Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azıx və Tağlar mağaralarının elmi baxımdan kəşfi Qarabağı dünya elmi ictimaiyyətinə ilkin insan məskəni kimi tanıdıb. Hazırda isə bu tədqiqatlar müasir elmi metodların tətbiqi ilə yeni mərhələyə qədəm qoyur.
Belə ki, Azıx və Tağlar mağaralarının çöküntülərindən götürülən arxeoloji nümunələrin yaşı lüminessent və kosmogen metodlarla dəqiq laborator analizlər vasitəsilə müəyyən ediləcək. Eyni zamanda, 1968-ci ildə Məmmədəli Hüseynov tərəfindən aşkarlanaraq Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan qədim alt çənə sümüyündən DNT analizləri aparmaq üçün xüsusi nümunə götürülüb.
İnstitut vurğulayıb ki, bu müasir tədqiqatlar Qarabağ paleolit abidələri ilə bağlı yaxın illərdə tamamilə yeni, əhatəli və elmi əsaslandırılmış məlumatların əldə olunmasına imkan verəcək.
Bundan É™lavÉ™, cari ilin may ayında AMEA Arxeologiya vÉ™ Antropologiya İnstitutu tÉ™rÉ™findÉ™n “Azıx maÄŸarasının tÉ™dqiqindÉ™ yeni mÉ™rhÉ™lÉ™: bəşəriyyÉ™tin qÉ™dim tarixinin rekonstruksiyası üçün müasir geoarxeoloji üsullar” adlı beynÉ™lxalq elmi seminar keçirilib. Seminar çərçivÉ™sindÉ™ AzÉ™rbaycan vÉ™ xarici mütÉ™xÉ™ssislÉ™r Azıx maÄŸarası ilÉ™ baÄŸlı xronologiya, biomarkerlÉ™r, geoarxeologiya vÉ™ digÉ™r müasir elmi istiqamÉ™tlÉ™r üzrÉ™ mÉ™ruzÉ™lÉ™rlÉ™ çıxış ediblÉ™r.
İnstitutdan o da bildirilib ki, bu cür elmi seminarların növbəti mərhələdə Almaniyada və Yaponiyada keçirilməsi planlaşdırılır.