EN

Qəbələdə gənc yazarların yaradıcılıq bacarıqları üçün təlim keçirilib

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

13 avqust 2025-ci il tatixdə “Qəbələ Yazarlarına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il  qrant müsabiqəsində qalib gələn “Qəbələ  gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi üzrə növbəti təlimini keçirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə  keçirilən təlimdə 16 nəfər yaradıcı gənc iştirak edib.

Təlimçi Babayev Fəxrəddin təlimin mövzusunu- “Ədəbi növlər: epik,  lirik, dramatik  növlər” mövzusunu  elan etdikdən sonra mövzu ətrafında geniş  məlumat verib, hər bir janr  haqqında  ayrıca danışaraq iştirakçıları məlumatlandırıb. Keçirilən təlim zamanı yaradıcı gənclərin bu sahədəki  biliklərinin artırılması üçün on ların suallarını cavablandırıb,  onlara yaradıcılıq yolunda uğurlar arzulayıb.

Təlimin sonunda  çay-kofe fasiləsi zamanı gənc yazarlar öz əsərlərindən və tanınmış şairlərin əsərlərindən nümunələr səsləndiriblər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
3
azpost.info

4Sources