EN

Nəyə görə bütün dünyada insanlar vacib qərarları yalnız qəbul edirlər?

Vaterloo Universitetinin alimləri 3500-dən çox insanın iştirakı ilə apardıqları genişmiqyaslı tədqiqatda müxtəlif mədəniyyətlərdə insanların qərar vermə üsullarını araşdırıblar.

QHT.az xəbər verir ki, nəticələr göstərib ki, istər meqapolisdə yaşayanlar, istərsə də Amazon cəngəlliklərindəki icmalar olsun, insanlar qərar verərkən əsasən öz intuisiya və düşüncələrinə güvənirlər. Tədqiqat “Fəlsəfə coğrafiyası” layihəsi çərçivəsində aparılıb. Psixologiya professoru İqor Qrossman bildirib ki, bu yanaşma, insanların sağlam məsləhətləri belə niyə tez-tez nəzərə almadığını anlamağa kömək edir.

Tədqiqat qərarvermədə Qərb və digər mədəniyyətlər arasında olan fərqləri tam təkzib edir — hər kəs öz “daxili səsinə” üstünlük verir, sadəcə bu meylin intensivliyi mədəniyyətdən asılı olaraq dəyişir.

Qrossmanın sözlərinə görə, ən müdrik qərarlar insanın öz fikrini başqaları ilə bölüşdüyü zaman yaranır.

 

R.İmanov

Chosen
3
qht.az

1Sources