EN

Böyük Britaniya Baş naziri: "Ukraynanın möhkəm və etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır"

"Ukrayna istənilən sülh sazişinin bir hissəsi kimi ərazi bütövlüyünün təminatı kimi möhkəm və etibarlı təhlükəsizlik zəmanətlərinə malik olmalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə birgə onlayn telekonfransda deyib.

O bildiirb ki, bütün liderlər bu həftənin Ukraynanın gələcəyi üçün həlledici an olduğunu qəbul edirlər: "Böyük Britaniya bu mərhələdə Ukraynaya dəstəyinin sarsılmaz olduğu bir daha vurğulayır. Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilməməlidir. Bütün Avropa bunu dəstəkləyir və Ukraynada ədalətli və daimi  sülhə nail üçün çalışacaq"

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
11
1
mia.az

2Sources