EN

Böyük Britaniya Baş naziri: Ukraynanın möhkəm və etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ukrayna istənilən sülh sazişinin bir hissəsi kimi ərazi bütövlüyünün təminatı kimi möhkəm və etibarlı təhlükəsizlik zəmanətlərinə malik olmalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə birgə onlayn telekonfransda deyib.

O bildiirb ki, bütün liderlər bu həftənin Ukraynanın gələcəyi üçün həlledici an olduğunu qəbul edirlər: "Böyük Britaniya bu mərhələdə Ukraynaya dəstəyinin sarsılmaz olduğu bir daha vurğulayır. Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilməməlidir. Bütün Avropa bunu dəstəkləyir və Ukraynada ədalətli və daimi  sülhə nail üçün çalışacaq"

Xatırladaq ki, dünən Starmer ABŞ, Ukrayna, Fransa, Almaniya, İtaliya, Polşa, Finlandiya, NATO və Avropa İttifaqı (AB) liderləri ilə birgə telekonfransda iştirak edib.

Lamiyə Əhmədli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
mia.az

2Sources