EN

“Al-Arabiyya”: Misir HƏMAS-a İsraillə hərtərəfli razılaşma üçün yeni təklif təqdim edib

HƏMAS nümayəndə heyəti İsraillə mümkün razılaşma ilə bağlı danışıqlar aparmaq üçün Qahirəyə gəlib.

Bakues.az xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.

Bildirilib ki, HƏMAS hərtərəfli sazişlə bağlı Misirə tələblərini təqdim edib. Məlumatda rəsmi Qahirənin də, öz növbəsində, HƏMAS-a hərtərəfli razılaşma üçün yeni təklif təqdim etdiyi vurğulanıb.

“HƏMAS girovların həyatını qoruyacağına söz verib və İsrailin razılaşdırılmış nöqtələrə geri çəkilməsi müqabilində özlərinin də döyüşçülərini geri çəkməyə hazır olduğunu ifadə edib”, – telekanal bildirib.

Həmçinin İsrailin Qəzzanı işğal planını dayandırması və yenidən müharibə aparmayacağına dair beynəlxalq zəmanətlərlə yazılı anlaşma əldə edilməsi tələbləri də irəli sürülüb.

Chosen
87
1
icma.az

10Sources