EN

İran xarici işləri naziri ilə Rusiya XİN in nümayəndəsi Bakı İrəvan normallaşmasını müzakirə ediblər

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçı Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Görüş zamanı regionda baş verən son hadisələr müzakirə edilib, iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Xovayev Cənubi Qafqazda əməkdaşlığın genişləndirilməsi, regional inteqrasiya, təhlükəsizliyin, sabitliyin və Qafqaz regionu ölkələrinin kollektiv maraqlarının təmin edilməsi üçün" 3+3" formatında danışıqların aparılmasının vacibliyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
oxu.az

1Sources