ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Volodimir Zelenskinin iştirakı ilə keçirilən videokonfrans zamanı Ukraynada cəbhə xəttinin dondurulmasını və ərazi mübadiləsinin aparılmasını təklif edib.
Viral.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Tramp çıxışı zamanı Avropa ölkələrinin liderlərinə böhranın həlli məqsədilə razılığa gəlmək üçün ərazi mübadilələrinin aparılmasını zəruri hesab etdiyini bildirib.
Son Yazılar:
- Trampın Ukrayna nizamlanmasına dair təklifləri açıqlandı
- Qardaşı tərəfindən öldürülən müğənninin qətlinin TƏFƏRRÜATI
- Şair Kəramət Şükürovun küçədə meyiti tapıldı
ABŞ prezidenti bu məsələlərin Rusiya və Ukrayna arasında müzakirə edilməli olduğunu vurğulayıb.
Tramp, həmçinin atəşkəsə nail olmaq niyyətini açıqlayıb.
Xatırladaq ki, Rusiya və ABŞ liderlərinin görüşünün avqustun 15-də Alyaskada baş tutacağı gözlənilir.