EN

İnanıram ki, sabah istədiyimizə çatacağıq Araz Naxçıvan ın legioneri

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Omoniya” ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın futbolçusu Çarles Bolinin iştirakı ilə bu gün oyundan əvvəl mətbuat konfransı keçirilib.

QOL.az xəbər verir ki, o, görüşlə bağlı gözləntilərindən danışıb:

“Futboldur, belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı oyunda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, oyun çətin, gərgin olacaq, ancaq biz hazırıq".

Oyunçu rəqibi yaxşı tanıdıqlarını bildirib: "Onlara qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
50
3
qol.az

4Sources