EN

Politoloq: "ABŞ dəhliz üzərində mövqeyini ən azı 100 il saxlamaq üçün əlindən gələni edəcək"

"Zəngəzur dəhlizinin Tramp üçün əhəmiyyətindən iki mənada danışmaq olar. Birincisi bu ABŞ-nin iqtisadi strateji maraqları dairəsində olan layihədir. Layihənin köməkliyi ilə ən azı 100 ilə hesablanmış əməkdaşlıq başlayır. Tranzit dəhliz Mərkəzi Asiya ilə Avropanın birləşməsi üçün çox vacib seqment rolunu oynayır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

O bildirib ki, bunlqr ABŞ-nin maraqları çərçivəsindədir:

"ABŞ-nin cari iqtisadi, siyasi və geostrateji maraqları bu layihənin üzərində cəmləşir. Trampın dövründə bunun reallaşması ona şəxsi reytinq qazandırır və ABŞ böyük xarici siyasi uğura imza atmış olur. Tramp bu dəhliz üzərində öz adını yazdı. Onun ilkin hərəkətində Trampın adını daşıması böyük önəm daşıyır. Trampın adını daşıması dəhlizin perspektivli işləməsi üçün yollar açır. 

Dəhliz üzərində Trampın fəaliyyəti bölgə üçün böyük təhlükə sayılan Rusiyanın sıxışdırılması üçün rol oynayacaq. Bir sözlə, Tramp dəhlizi Cənubi Qafqazda ABŞ-nin mövqelərinin möhkəmləndirilməsi üçün yollar açır. Bu cür uğurlu layihələr Trampın Amerika siyasətində mövqelərini möhkəmləndirir. Bir çox mənada Zəngəzur dəhlizi ABŞ-nin xarici siyasətinin ən önəmli seqmentlərindən biridir. Amerika dəhliz üzərində mövqeyini ən az 100 il saxlamaq üçün əlindən gələni edəcək".


Əfsanə Kamal
Demokrat.az
Chosen
12
demokrat.az

1Sources