EN

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Omoniya" səfərində yaxşı nəticə qazanmaq üçün çalışacağıq"

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Omoniya” ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin bu gün oyundan əvvəl mətbuat konfransı keçirilib.

Elmar Baxşıyev: “Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyükhesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq.

Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik.

Havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu futbolçulara problem yaratmamalıdır”.

Chosen
61
4
report.az

10Sources