”Turan Tovuz” futbolçusu Alexandro Serrano ilə müqaviləni yeniləyib.
"Football-plus.az" klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi 2026/27-ci illər mövsümünün sonunadək Tovuz təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Alexandro Serrano "Turan Tovuz"un heyətində premyer-liqada 70 oyun keçirib və 5 qol vurub.