EN

İmaməddin Xəlilov lider mövqeyini qoruyur


Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.Paralimpiya çempionumuz İmaməddin Xəlilov 662.85 xalla 70 kq çəki dərəcəsində liderliyini davam etdirir.

58 kq çəki dərəcəsində Paralimpiya Oyunlarının bürünc medalçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov isə 356.66 xalla üçüncü pillədə qərarlaşıb.
Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 21,60 xalla iki pillə irəliləyərək 28-ci sıraya yüksəlib, Orxan Cəfərov (80 kq) isə 24,74 xalla 30-cu pillədədir.
Əli TURABOV

Chosen
91
1
baki-xeber.com

6Sources