UEFA Çempionlar Liqasında pley-off mərhələsində növbəti həftə baş tutacaq oyunlardan biri azərbaycanlı hakimə tapşırılacaq.
Offsideplus.az xəbər verir ki, söhbət Əliyar Ağayevdən gedir. Əldə etdiyimiz məlumata əsasən, ona növbəti həftənin oyunlarından biri həvalə ediləcək.
Hələlik, hansı oyunun olacağı açıqlanmayıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da oynanılacaq UEFA Super Kuboku finalı üzrə PSJ - "Tottenhem" oyununun dördüncü hakimi Elçin Məsiyev olacaq.