EN

Türkiyənin tələbi ilə Gürcüstanda 12 nəfər saxlanılıb

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gürcüstan və Türkiyə birgə polis əməliyyatı keçirib. Əməliyyat zamanı son 5 ildə İnterpolun “qırmızı” sirkulyarlarına əsasən Türkiyə tərəfindən axtarışda olan 12 nəfər saxlanılıb.Reyting.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, son 24 saat ərzində saxlanılan 12 nəfərdən 8-i İnterpolun orderi verilənə qədər, 4-ü isə qeyri-qanuni yollarla Gürcüstana daxil olub.Məlumata görə, saxlanılanlar arasında ağır və xüsusilə ağır cinayətlər, o cümlədən, qəsdən adamöldürmə və quldurluqda ittiham olunan şəxslər də var.Axtarış zamanı saxlanılanlardan birinin üzərində odlu silah və döyüş sursatı aşkar edilib.V. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
2
reyting.az

3Sources