EN

ABŞ dən Sudandakı gərginliyə REAKSİYA

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ, Sudanda Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) üsyançıları Şimali Darfur əyalətinin paytaxtı El-Faşerdə köçkünlər üçün salınan Əbu-Şuk düşərgəsinə edilən hücumu qınadığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, El-Faşer və ətrafında mülki şəxslərə qarşı ÇRQ zorakılığına dair pisləşən vəziyyətlə bağlı dərin narahatlıqlarını vurğulayan ABŞ-nin Afrika üzrə Baş Müşaviri Massad Boulos, zorakılıqdan qaçanlar üçün təhlükəsiz keçid də daxil olmaqla, maneəsiz humanitar yardımın çatdırılması və mülki şəxslərin qorunması çağırışı edib.

Boulos özünün “X” hesabında paylaşdığı açıqlamada ABŞ, Şimali Darfur əyalətinin paytaxtı El-Faşerdə köçkünlər üçün salınan Əbu-Şuk düşərgəsində ÇRQ tərəfindən törədildiyi iddia olunan mülki qətliamları qınayıb. Fəalardan ibarət yerli Müqavimət Komitələri 11 avqustda ÇRQ-nin El-Faşerdəki Əbu-Şuk qaçqın düşərgəsinə hücum etdiyini və nəticədə ən azı 40 nəfərin həlak olduğunu bildirmişdi.

Qeyd edək ki, Sudanda 15 aprel 2023-dən bəri ordu ilə Çevik Reaksiya Qüvvələri arasında şiddətli döyüşlər gedir.Birləşmiş Millətlər Təşkilatına görə, dünyanın ən böyük məcburi köçkünlük böhranına səbəb olan bu toqquşmalar ölkənin infrastruktur, səhiyyə, təhsil və iqtisadi sahələrində ciddi dağıntılar törədib.  Döyüşlər nəticəsində 11 milyondan çox insan ölkə daxilində məcburi köçkünə çevrilib, təxminən 4 milyon nəfər isə qonşu ölkələrə sığınıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
cebheinfo.az

2Sources