EN

Bölgələrdə HƏKİM ÇATIŞMAZLIĞI – Minlərlə insan Bakı xəstəxanalarına AXIN EDİR

Son illər bölgələrdə ixtisaslı həkim çatışmazlığı problemi daha da kəskinləşib. Nəticədə minlərlə insan hər gün tibbi müayinə və müalicə üçün paytaxta üz tutur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, bölgələrdə həkimlərin fəaliyyət göstərməsi üçün əvvəlcə oradakı tibb müəssisələrinin işlək vəziyyətdə olması vacibdir:

“Bəli, rayonlarımızda həkim çatışmazlığı mövcuddur. Poliklinikalar, ambulatoriyalar fəaliyyət göstərməlidir. Onların işləməsi üçün isə bölgələrdə əhalinin yaşaması əsas şərtdir. Hazırda kəndlərdən şəhərlərə kütləvi axın müşahidə olunur. Bu da nəticə etibarilə həkim sayına da mənfi təsir göstərir. Bakıda həm həkimlərin sayı, həm də tibbi təminat rayonlara nisbətən daha yaxşıdır. Həkimlərin bölgələrdə qalması üçün orada əhali olmalıdır. Hazırda isə mövcud həkimlərin üzərinə çox böyük yük düşür”.

Ekspert həmçinin vurğulayıb ki, tibbi problemlərin artmasında ekologiya, qida keyfiyyəti və təbii amillərin də təsiri var:

“Təbiət, ekologiya və qidalanma faktorları insanlarda xəstəliklərin yaranmasına səbəb olur. Həkimlərin hər bir xəstəyə ayrıca vaxt ayırması real deyil. Bütün səhiyyə qurumları birgə çalışaraq bu problemlərin həllinə yönəlməlidir”.

Aygün Hüseyn, Bizim.Media

Chosen
73
bizim.media

1Sources