EN

İsrail Silahlı Qüvvələrinin Baş Qərargahı Qəzzaya Hücum Konsepsiyasını təsdiqləyib

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir qoşunların Qəzza zolağına hücum planının əsas konsepsiyasını təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə IDF Telegram kanalında məlumat verilib.

“Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bu gün müzakirələr apararaq, İsrail ordusunun Qəzza zolağında əməliyyat planının əsas strukturunu təsdiqləyib”, - deyə məlumatda bildirilir.

İDF əlavə edib ki, görüşdə Şin Bet Təhlükəsizlik Xidmətinin nümayəndələri və digər komandirlər iştirak edib. Müzakirələr zamanı iştirakçılar Qəzzanın Zeytun bölgəsindəki əməliyyat mövzusunu qaldırıblar.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
icma.az

2Sources