EN

68 yaşlı Akif Nağı: “Hədiyyə almağı sevmirəm” MÜSAHİBƏ

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Müəllim kimi ömrüm yetən qədər auditoriyada tələbələrimə dərs demək istəyirəm. Azərbaycan tarixinin reallıqlarını gənclərə çatdırmaq üçün əlimdən gələni edəcəyəm”.

Bu sözləri bu gün 68 yaşını qeyd edən Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Akif bəy, doğum gününüzü necə keçirirsiniz?

- Mən həmişə doğum günümü təntənəli keçirməyin əleyhinə olmuşam. 

Torpaqlarımızın işğal altında olduğu illərdə də Qarabağ Azadlıq Təşkilatının sədri kimi təntənəli doğum günləri və tədbirlər keçirməyə qarşı idim. Hətta toylarda da şıdırğı oynamağın əleyhinə olmuşuq. 

Demək olar ki, toylarda belə oynamırdım. Yəni əhval-ruhiyyəm müharibə vəziyyətinə uyğun olmalı idi. Düşünürdük ki, torpaqlarımızın işğalda olmasını hər zaman istənilən məsələdə nəzərə almaq lazım idi. Daha sonra şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi və ölkəmizin suverenliyi tam bərpa olundu. Lakin artıq vərdiş etdiyimiz üçün təntənəli doğum günləri keçirməməyə davam etdim. 

- Bəs bu gün doğum gününüzü harada qeyd edəcəksiniz?

- Doğum günlərimi adətən evdə ailə üzvlərimlə birlikdə qeyd edirəm. Həmçinin, partiya qərargahında da doğum günümü keçiririk. 30-40 illik dostlarımla isə kənarda görüşüb qeyd edirik. Lakin mənim üçün ən vacibi doğum günümü ailəm, övladlarım və nəvələrimlə keçirməkdir. Bu gün axşam da evdə qeyd edəcəyik. 

- Bəzi siyasətçilərdən fərqli olaraq doğum gününüzlə bağlı olaraq harasa səfər etməyi düşünmürsünüz?

- Xeyr, elə bir düşüncəm yoxdur. İndiyə kimi də doğum günümdə harasa səfər etməmişəm. 

- İlk təbrik edənlər kimlər oldu?

- Dünən gecədən etibarən təbrik mesajları və zəngləri gəlir. İlk olaraq ailə üzvlərim təbrik etdilər. Ümumi olaraq isə həddindən artıq dərəcə çox təbrik almışam.

Təbrik edənlərin hər biri mənim üçün əzizdir, çox sağ olsunlar. Hər birinə sizin vasitənizlə də təşəkkür edirəm. Dostalarımdan və yaxınlarımdan xoş sözlər, təbrik mesajları aldım.

- Maraqlıdır, dəyərindən asılı olmayaraq aldığınız xüsusi həddiyə varmı?

- Mən həddiyə almağı sevmirəm, marağımda da deyil. Hədiyyə almağı qətiyyən xoşlamıram. Ona görə məni tanıyanlar da bunu bilir. Hətta mənə hədiyyə verəndə də qəbul etmirəm.

- Yeni yaşınızdan gözləntiləriniz, arzularınız və hədəfləriniz nələrdir?

- Arzularımız və hədəflərimiz davam edir. Ümumiyyətlə, arzular sonsuz olur. Lakin dinimizə əsasən, arzuların çoxluğundan çəkinmək lazımdır. Yəni real və yaşa uyğun düşünmək lazımdır. Partiyamız var və faəliyyətimizi davam etdirəcəyik. Partiya varsa, hədəfdə parlament də olmalıdır. Təbii ki, digər hədəflərimiz da var. Bundan başqa, müəllim kimi ömrüm yetən qədər auditoriyada tələbələrimə dərs demək istəyirəm. Azərbaycan tarixinin reallıqlarını gənclərə çatdırmaq üçün əlimdən gələni edəcəyəm. Millətə və dövlətə xidmət edən arzularımın həyata keçməsini istəyirəm.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Akif Nağı doğum günü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
cebheinfo.az

2Sources