EN

YENİ LAYİHƏ: "İdmançıların Uğur Hekayələri" - VİDEO

"İdmançıların Uğur Hekayələri" adlı yeni podkast layihəsi start götürüb.

90deqiqe.Az-ın məlumatına əsasən, "SportZone"un dəstəyi ilə həyata keçirilən bu layihədə idmançıların uğur hekayələri birbaşa onların öz dillərindən təqdim olunur. Burada idman hüququndan sağlam qidalanmaya, psixoloji hazırlıqdan motivasiyaya qədər idmanın görünməyən tərəflərini kəşf edəcəksiniz.

Qeyd edək ki, layihənin ilk buraxılışının qonağı velosiped idmanı üzrə Azərbaycan millisinin sabiq üzvü, əməkdar idman ustası Elçin Əsədovdur.

Videonu izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

http://youtu.be/oR98CwMld6E?si=EgkCEl4MbjCIepBQ

Chosen
91
90deqiqe.az

1Sources