EN

Milli Depzoit Mərkəzi I yarımildəki ödənişlərini açıqlayıb

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin I yarısında Milli Depzoit Mərkəzi (MDM) manatla buraxılmış qiymətli kağızlar üzrə 2 milyard 229,7 milyon manat ödəniş edib.

"Unikal” bu barədə MDM-yə istinadən xəbər verir.

Məlumata görə, yarım illik ödənişin 73,3 %-i və yaxud 1 milyard 635,08 milyon manatı dövlət istiqrazları üzrə (o cümlədən 261,41 milyon manatı kupon ödənişləri olub), 12,1 %-i və yaxud 270,2 milyon manatı Azərbaycan Mərkəzi Bankının notları üzrə, 5,6 %-i və yaxud 124,42 milyon manatı korporativ istiqrazlar üzrə (o cümlədən, 14,42 milyon manatı kupon ödənişləri olub), 9 %-i və yaxud 200 milyon manatı isə səhmlər üzrə (dividend formasında) həyata keçirilib.

Bundan başqa, yanvar-iyun aylarında xarici valyuta ilə buraxılmış qiymətli kağızlar üzrə 49,34 milyon ABŞ dolları ödəniş edilib. Bunun da 41,1 %-i və yaxud 20,3 milyon ABŞ dolları dövlət istiqrazları üzrə (o cümlədən 0,3 milyon ABŞ dolları kupon ödənişləri olub), 58,9 %-i və yaxud 29,04 milyon ABŞ dolları isə korporativ istiqrazlar üzrə (o cümlədən, 19,04 milyon ABŞ dolları kupon ödənişləri olub) həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
95
8
unikal.az

10Sources