EN

Azərbaycanda xüsusi icra məmurları fəaliyyətə başlayacaqlar

Bakı. Trend:

Ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik və səmərəlihəyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutuyaradılır. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən bugün “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən Qanunaəsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bumodelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həmdövlət, həm də xüsusi icra məmurları tərəfindən həyatakeçiriləcək.

Xüsusi icra məmurları məcburi icra orqanı statusuna malikolacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dairişlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişətzorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlıişlərdən (aliment istisna olmaqla) başqa bütün qərarların icrasınıhəyata keçirə biləcəklər. O cümlədən, xüsusi icra məmurlarınınfəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkinmərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurlarıtərəfindən icrası nəzərdə tutulmuşdur.

Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icraməmurları ola bilərlər. Xüsusi icra məmuru işləmək istəyən şəxslərtest və müsahibədən ibarət olan müsabiqədən keçməklə ən azı 3 aylıqilkin icbari hazırlığa və staj keçməyə cəlb olunacaqlar. Bundansonra şəhadətnamə və xidməti vəsiqə veriləcək və onlar and içərəkvəzifələrinin icrasına başlayacaqlar.

Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanunatabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitləözlərini maliyyələşdirəcəklər. Eyni zamanda, onlar xüsusi icraməmurlarının özünüidarə orqanı olan Xüsusi İcra MəmurlarınınPalatasında birləşərək onun daxili idarəçilik qaydalarına əməletməlidirlər.

Qanunun tətbiqi ilə icra proseslərinin sürətlənməsi, vətəndaşməmnunluğunun artırılması, iş yerlərinin yaradılması, dövlətaparatının tədricən optimallaşması və yeni peşə mühitininformalaşdırılması hədəflənib.

Qeyd edək ki, xüsusi icra institutunun tətbiqinə başlanılmasıməqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbaritəlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı,eyni zamanda bu sahədə institusional işlər aparılmalıdır. Busəbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdətutulur.

Məqalədə:
Chosen
22
41
az.trend.az

10Sources