EN

IEA qlobal neftin təklifi ilə bağlı gözləntilərini açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft təklifinin artım tempi üzrə proqnozunu artırıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, bu il gündəlik qlobal neft tədarükü 2,5 mln. barel artaraq, bu da öncəki proqnoz göstəricisindən (2,1 mln. barel) 400 min barel çoxdur.

Hesabatda qeyd olunur ki, 2026-cı ildə gündəlik qlobal neft təklifinin artım tempinin 1,9 mln. barel olacağı ehtimal olunur (öncəki proqnoz göstəricisi – 1,3 mln. barel).

Chosen
8
1
apa.az

2Sources