EN

Avstraliyada oyuncaq qatarın içindən zəhərli ilan TAPILDI

ain.az, News24 saytına istinadən bildirir.

Avstraliyanın Queensland ştatında bir nəfərin aldığı oyuncaq qatarın içərisindən zəhərli ilan çıxıb.

News24.az xəbər verir ki, başına gələndən təşvişə düşən şəxs xilasedici qurumdan yardım istəyib. Qurumun əməkdaşları oyuncağın tunel hissəsindən iri qəhvəyi rəngdə ağac ilanı aşkar edib. Mütəxəssis Stuart McKenzie, ilanının dərisini dəyişməyə hazırlaşdığı üçün sakit davrandığını bildirib. Sosial şəbəkədə yayılan görüntülərdə McKenzie-nin ilanı diqqətlə qatar dəstindən çıxardığı görünür.

Zəhərli olmasına baxmayaraq, bu növün böyüklər üçün ciddi təhlükə yaratmadığı qeyd olunub. İlan sonradan təbii mühitinə – bir ağaca buraxılıb.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
2
news24.az

3Sources