EN

Roza Zərgərliyə bəraət verildi

Ajans.az modern.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində yekun qərar çıxarılıb.   Belə ki, ötən il Elza Seyidcahan Roza Zərgərlinin onu təhqir etdiyini bildirərək məhkəməyə üz tutub.   O, Roza Zərgərlinin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 6 ay müddətində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə bağlı hökm çıxarılmasını məhkəmədən xahiş edib.   Məhkəmədə sənədlərindən məlum olur ki, Elza Seyidcahan Roza Zərgərlinin onun haqqında səsləndirdiyi fikirləri təhqir hesab edib. Əməkdar artist məhkəməyə təqdim etdiyi videoda Roza Zərgərli aşağıdakı sözləri istifadə edib:   “Ağzını aç tüpürüm, tüpürcəyim bal dadır. Sən özün, bu adamın başı işləmir, nə oldu, deputat olurdun, İlhamə nətər qarğışlayıbsa, sənə yerindən tərpənə bilmirsən. O dünyada səni gözləyir... Sən din strukturuna girə bilməzsən, dinə itaət edən din strukturunda olanlar hara baxırlar, bu dəlinin niyə qabağını almırlar. ... Mən Elzanı bəstəkar kimi, deyir igidi basdır, amma haqqını tapdalama, bəstəkar kimi mükəmməl bəstəkardı, ifaçı kimi zay, şair kimi bal (gülür), bəstəkar kimi doğurdan mükəmməl bəstəkardır, Arif müəllimin sinfinə gedib, bir çox yəni görkəmli insanların tələbəsi olub, doğurdanda bəstəkar kimi ona hörmət edirəm, amma bəstəkar kimi, qalan hamısı dırnaq içərisində”.   Elza Seyidcahan “təlxək”, “meymun”, “dəli” kimi sözləri şərəf və ləyaqətinin alçaldılması hesab edib. Roza Zərgərli məhkəmədə bildirib ki, həmkarını təhqir etmək kimi bir fikri olmayıb, verlişdə ona verilmiş müxtəlif mövzularla bağlı olan sualları cavablandırılıb.   "Həmin verlişdə Elzanın müəllifi olduğu məlum şeiri tənqid etməklə bərabər onun müəkəmməl bəstəkar olduğunu, şair kimi bal olduğunu və ifaçı kimi zay olduğunu bildirməklə onu həm tərifləmişəm həm də təhqir deyil tənqid etmişəm", - o qeyd edib.  

Məhkəmə Elza Seyidcahanın şikayətini əsaslı saymayıb və Roza Zərgərliyə bəraət verib.

Chosen
8
4
Ajans.az

5Sources