"Karvan-Yevlax" mövsümlərarası fasilədə 17-ci transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Pedro Mateusu heyətinə cəlb edib. 28 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

P. Mateus San-Tome və Prinsipi millisinin üzvüdür. O, son olaraq Portuqaliyanın "Feyrense" klubunda çıxış edib.