Xorvatiya “Varajdin”inə transfer olan Rüfət Abdullazadə çempionat oyunlarında da meydana çıxmır. Bu barədə ətraflı məlumat vermişdik.
Həmin yazını oxuyan futbolçunun meneceri Emil Əsədov Rüfətin durumu ilə bağlı “Football-plus.az”a açıqlama verdi. Məlum oldu ki, 25 yaşlı vinger bu həftə fiziki baxımdan tam hazır vəziyyətə gəlməlidi. Yəni Xorvatiya çempionatının 3-cü turunda şans qazanmaq ehtimalı yetərincə yüksəkdi.
Xatırladaq ki, “Varajdin” Rüfət Abdullazadənin transferini iyulun 24-də açıqlayıb.
MÜZƏFFƏR QULUZADƏ