EN

Sabahdan incəsənət məktəb və mərkəzlərinə ixtisas seçimi başlayır

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə avqustun 14-də şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, seçim mərhələsi avqustun 21-dək davam edəcək.

Məlumat üçün qeyd edək ki, bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə 2025/2026-cı tədris ili üzrə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən həyata keçirilib. 25 aprel-25 may tarixlərində elektron sistem üzərindən 18862 müraciət qeydiyyata alınıb, iyun ayında I və VIII siniflərə qəbul imtahanları keçirilib. Qəbul imtahanlarında 16252 namizəd iştirak edib. İmtahanların nəticələri elan edildikdən sonra apelyasiya müraciətlərinə baxılıb.

Chosen
85
11
report.az

10Sources